Çində 1984-cü ildən bəri edam edilən məhbusların orqanları transplantasiya üçün yığılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Çində bu hal qanunidir. Lakin bəzi insan haqları qrupları bu təcrübənin həddi aşdığını iddia edirlər. Fəallar hələ sağ olan məhbusların orqanlarının əməliyyatla oğurlandığını iddia ediblər. Məsələ ilə bağlı hesabat aparılıb.
"Bizim narahatçılığımız transplantasiya cərrahlarının məhbusların ürəklərini və ağciyərlərini almadan öldüyünü müəyyən edib etməməsidir", - hesabatda deyilir.
71 hesabatda beyin ölümünün düzgün şəkildə elan edilə bilmədiyi ifadə edilib: "Bu hallarda, orqan alınması zamanı ürəyin çıxarılması donor ölümünün ən əsas səbəbi olmalıdır", - deyə açıqlanıb.
Hesabatda qan donduran aşağıdakı ifadələr də yer alıb: “Bu orqan donorları yanlızca məhbus ola biləcəkləri üçün bizim tapıntılarımız Çin Xalq Respublikasındakı həkimlərin orqanların götürülməsi ilə edamlarda iştirak etdiyini qəti şəkildə deməyə əsas verir”.
Günay İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB