Şri-Lanka Prezidenti fövqəladə vəziyyəti ləğv edib

Şri-Lanka Prezidenti fövqəladə vəziyyəti ləğv edib

Şri-Lankada prezident Qotabaya Rajapaksa fövqəladə vəziyyət fərmanını ləğv edib.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə qərar hökumətin saytında dərc olunub.

Qətnamədə Rajapaksa Şri-Lankada fövqəladə vəziyyətin tətbiqi ilə bağlı aprelin 1-də verilən fərmanı ləğv edib. Dövlət başçısının qərarı dərhal qüvvəyə minib.

Xatırladaq ki, Şri-Lankada fövqəladə vəziyyət etiraz aksiyaları fonunda tətbiq edilmişdi. Qeyd edək ki, bu zaman jurnalist və polislər də daxil olmaqla 37 nəfər xəsarət almışdı. Həmən ərəfədə Kolomboda 5 minə yaxın insan iqtisadi vəziyyətin fəlakətli şəkildə pisləşməsinə etiraz etmək üçün toplaşməşdı.

Etirazçılar prezidentin iqamətgahına gəlib və onun istefasını tələb edirdilər. Nümayişçilərdən bəziləri binaya basqın etməyə də cəhd göstərirdi.

Xüsusi təyinatlı polislərin gözyaşardıcı qazdan istifadə etməsi gərginliyə səbəb oldu.

Onu da deyək ki, Şri-Lankada koronavirus xarici turizmin azalmasına səbəb olub. Bu da ölkədə iqtisadi böhranı gücləndirib. Ölkənin valyuta ehtiyatlarının çatışmazlığına səbəb olub. Hazırda Şri-Lanka hakimiyyəti idxalı azaltmağa və resurslara qənaət tətbiq etməyə məcbur olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə