WSJ: “ABŞ-ın yeni sanksiyaları “Alfa-Bank”a təsir edəcək”

WSJ: “ABŞ-ın yeni sanksiyaları “Alfa-Bank”a təsir edəcək”

...ABŞ-ın çərşənbə günü elan edilməsi planlaşdırılan yeni sanksiyaları Rusiyanın “Alfa Bank”ına təsir edəcək,

SİA-nın məlumatına görə, bu barədə “Wall Street Journal” yazıb.

Nəşr müxbirinin sözlərinə görə, “Sberbank”, “Alfa-Bank” və “Vladimir Putinin iki qızı” sanksiyalara məruz qalacaq. Xatırladaq ki, daha əvvəl nəşr artıq məhdudlaşdırıcı tədbirlər altında olan “Sberbank”a qarşı sanksiyaların sərtləşdirilməsinin planlaşdırıldığını bildirmişdi.

ABŞ-ın yeni sanksiyaları aprelin 6-da açıqlanacaq və hökumət üzvlərinə, maliyyə institutlarına və bizneslərə, habelə Rusiyaya yeni investisiyaların qoyulmasına qadağa qoyulacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə