Rus saytları ABŞ-ın Ukraynaya göstərdiyi “məhrəm nəvaziş”in nəhayət ki, səbəbini tapəblar. Əslində onlara bu işdə Plimut Universitetinin doktorantı T.J.Koulz yardımçı olub. Belə ki, o ABŞ-ın Ukraynanı Rusiyaya qarşı silaha çevirdiyini bildirib.
Qeyd edim ki, o bu fikrlərini “The Grey Zone” informasiya portalında bəyan edib.
Beləliklə, Koulz ABŞ-ın Ukraynadakı əsas məqsədini açıqlayaraq bildirib ki, Birləşmiş Ştatlar 20 ildən artıqdır ki, Ukraynanı “çılğıncasına hərbiləşdirməklə”, səylərini Rusiyaya qarşı yönəldib. Onun fikrincə, Ukraynada baş verənlərə görə məsuliyyət daşıyan məhz Amerika tərəfidir.
Doktorant qeyd edib ki, 2013-2014-cü illərdə Ukraynada dövlət çevrilişini təşkil edən məhz ABŞ olub. Beləliklə bundan sonra Amerika qoşunları müxtəlif yollarla Ukraynaya gəlib burada yerli qoşunların məskunlaşdığı ərazilərdə onlara hərbi əməliyyatlar aparmaq üçün təlimlər keçiblər.
Onu da bildirək ki, T.J.Koulz Ukraynanın militarizasiyasını "tam spektrli üstünlük" üçün paranoyak istək adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB