Fransa rus işğalçılarının Buça və dövlətimizin digər şəhərlərində törətdikləri cinayətlərin araşdırılmasında lazımi texniki və ekspert dəstəyi göstərəcək.
SİA-nın məlumatına görə, “UNN” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciəti zamanı bildirib.
Qeyd üdək ki, Zelenski Fransa prezidenti Emmanuel Makronla Ukraynanın müvəqqəti işğal olunmuş rayonlarındakı humanitar vəziyyəti müzakirə edib.
"Biz bloklanan Mariupolda insanlara necə kömək etmək barədə danışdıq. Biz həmçinin, Fransa rus işğalçılarının Buça və dövlətimizin digər şəhərlərində törətdikləri cinayətlərin araşdırılmasında lazımi texniki və ekspert dəstəyi verəcəyi barədə də razılığa gəldik", - Zelenski bildirib.
Ukrayna prezidenti həmçinin İspaniya xalqına və parlamentinə müraciət etdiyini də bildirib: “Mən Avropada azadlıq və demokratiyanın qorunması uğrunda mübarizəmizi dəstəkləyən İspaniya parlamentinə və xalqına müraciət etdim”, -deyə Zelenski əlavə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB