Əgər rusların fəaliyyəti diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına uyğun deyilsə və bunu bizim xüsusi xidmət orqanlarının əməkdaşları sübut edərsə, o halda Avstriya da rusiyalı diplomatları ölkədən çıxaracaq,
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bildirib.
Avstriyanın “Vienna.at” saytının məlumatına görə, Şallenberq qeyd edib ki, o, bu addımı atmaq hüququnu özündə saxlayır, lakin diplomatların əsassız olaraq ölkədən çıxarılması ilə Vyanada beynəlxalq təşkilatların Rusiya nümayəndəlikləri ilə işinə müdaxilə etmək istəmir.
“Ancaq Rusiyanın hansısa diplomatik missiyasının əməkdaşının Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına əməl etmədiyinə dair konkret sübutlar olarsa, o zaman mən konkret addımlar atacağam”, - deyə diplomatik departamentin rəhbəri əlavə edib.
Şallenberq həmçinin vurğulayıb ki, hazırda Avropa ölkələri rus diplomatlarının qovulması məsələsində müstəqil hərəkət edirlər, lakin onun sözlərinə görə, Avropa İttifaqı çərçivəsində vahid şəkildə hərəkət etmək lazımdır.
Xatırladaq ki, bundan əvvəl Rusiya diplomatlarının ölkədən çıxarılması barədə Almaniya, Fransa və İtaliya da daxil olmaqla, Avropa İttifaqının əksər ölkələri məlumat yayıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB