Ağ Ev Rusiya ilə müharibə ehtimalından danışıb

Psaki: “...əgər Rusiya Ukraynada kimyəvi silahdan istifadə edərsə, bu halda Vaşinqtondan “əsaslı cavab” olacaq”
Ağ Ev Rusiya ilə müharibə ehtimalından danışıb

"...ABŞ prezidenti Cozef Bayden əmindir ki, ABŞ və Rusiya arasında mümkün müharibə Vaşinqtonun maraqlarına uyğun gəlməyəcək”.

TASS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi növbəti brifinqdə bildirib. SİA bu barədə “ramblerə” istinad edir.
Onun sözlərinə görə, Amerika liderinin məqsəd və vəzifələri ABŞ-ın, ölkənin milli təhlükəsizliyinin və Amerika xalqının maraqlarına cavab verən qərarlar qəbul etməkdir.

Maraqlıdır ki, Psaki brifinqdəki jurnalistin Vaşinqtonun Ukraynadakı hadisələrə hərbi yolla müdaxiləsinin mümkünlüyü ilə bağlı sualını cavablandırarkən, o, “...biz bunu edirik”-deyə bildirib.

“...Ancaq Rusiya ilə müharibə bizim maraqlarımıza, amerikalıların maraqlarına uyğun deyil”- deyə o fikrini yekunlaşdırıb.

Yeri gəlmişkən, Ağ Ev səlahiyyətlisi onu da xəbərdarlıq kimi xatırladıb ki, “...əgər Rusiya Ukraynada kimyəvi silahdan istifadə edərsə, bu halda Vaşinqtondan “əsaslı cavab” olacaq”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə