“...ABŞ administrasiyası Rusiyanı BMT Təhlükəsizlik Şurasından kənarlaşdırmaq üçün heç bir əsas görmür”.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə çərşənbə axşamı jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
Qeyd edək ki, səlahiyyətli xamım bunu Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması və veto hüququna malik olması ilə bağlı narazılığını bildirən Ukrayna Prezidenti Vladimir Zelenskinin bəyanatlarına münasibət bildirərək deyib.
“...Düşünürəm ki, o, Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması ilə bağlı məyusluğu haqqında açıq şəkildə danışıb. Biz bunu dəyişdirmək imkanını görmürük”-deyə Psaki bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB