Çin Ukraynadakı hadisələrə passiv müşahidəçi qalmayacaq

Çin sülh danışıqlarını irəli sürməyə davam edəcək və Ukrayna böhranının həllində konstruktiv və məsuliyyətli rol oynayacaq
Çin Ukraynadakı hadisələrə passiv müşahidəçi qalmayacaq

"Çin Ukraynadakı vəziyyəti kənardan laqeyd müşahidə etmək fikrində deyil”

“İnterfaks-Ukrayna” xəbər verir ki, bu fikirləri Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Jun bildirib. SİA bu barədə “UNİAN” saytına istinad edir.

“...Ukrayna məsələsində Çin geosiyasi şəxsi maraq güdmür. Biz, odun üstünə yağ tökmək bir yana qalsın, vəziyyəti kənardan izləmək fikrində də deyilik. Səmimi şəkildə istədiyimiz bir məqsəd var ki, o da Çin sülh danışıqlarını təşviq etməyə və Ukraynadakı böhranın həllinə kömək etmək üçün konstruktiv və məsuliyyətli rol oynamağa davam etmək”.

Qeyd edək Çin rəsmisi bu fikirləri çərşənbə axşamı Nyu-Yorkda Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Yeri gəlmişkən cinli diplomat ölkəsinin Ukraynaya və qonşu ölkələrə humanitar yardım göstərib və göstərməyə davam edəcəyini də qeyd edib.

“Beynəlxalq hüquqa görə, silahlı münaqişələrdə mülki şəxslər zorakılığın istənilən formasından məhrum edilməlidir. Mülki insanlara qarşı hücumlar qəbuledilməzdir və baş verməməlidir” – deyə Jun bildirib.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın onun üçün yeni təhlükəsizlik zəmanətləri sistemi haqqında Beynəlxalq Müqavilə imzalamağı təklif etdiyi bildirilirdi. Rəsmi Kiyev qarantlar arasında BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələri, o cümlədən Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa, həmçinin Türkiyə, Almaniya, Kanada, İtaliya, Polşa və İsraili görür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə