Ukraynanın şərqində yerləşən və böyük bir hissəsi dağıdılan Mariupol şəhəri havadan görüntülənib. SİA- nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ukrayna ilə Rusiya arasındakı müharibənin 41-ci gününə girərkən Azov batalyonu Mariupolun son vəziyyətini havadan görüntüləyib. Mariupol Bələdiyyəsi görüntüləri “Mariupolda 40 gün cəhənnəm” sözləri ilə paylaşıb.
Digər tərəfdən Ukrayna ordusu rus əsgərlərinin qoyub getdiyi tank və zirehli texnikaları Kiyevə gətirib. Bəzi zədələnmiş tanklar tapıldığı məntəqənin yaxınlığında insanların köməkliyi ilə təmir edilməyə çalışılıb.
İrpin və Buça şəhərlərində də çoxlu məhv edilmiş tanklar tapılıb. Tankları araşdıran Ukrayna əsgərləri çox sayda rus əsgərinin cansız bədəni ilə qarşılaşıb.
Günay İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB