İrəvanda Serjikə “dəstək” mitinqi...

İrəvanda Serjikə “dəstək” mitinqi...

... Deyəsən, bu dəfə gələn dərd biz ermənilər üçün daha qaçılmaz olacaq. Odur, deyilənlərdən əlavə, özümüz də Rusiyanın “batdığını” görürük. Təbii ki, Rusiya batsa, şübhəsiz ki, bizi də yedəyində (quyruğunda da demək olar) çəkib aparacaq. Onda lap fransız qardaşlarımızın da, kiçik bir bacı kimi, bizi qurtara biləcəyinə inanmıram. Çünki, bu gün şərait elə inkişaf edir ki, sabah biz Rusiyanın ən müti qul... şəriklərindən biri olmadığımızı heç kimə sübut edə bilməyəcəyik.

Onda, vay bizim halımıza... Əslində, etiraf etməliyik, yəni hər şeyin ilk baxışdan bizim üçün göründüyündən daha pis olduğunu deməliyik. Amma,.. kimə deyəsən?

...Budur, ermənilərin bu dərdli günündə Serjik Sarkisyanın qulbeçələrindən biri olan Armen Aşotyan da özünə iş tapıb...milləti Teatr meydanına-mitinqə çağırır.

Özü də deyir ki, bugünkü toplantımız çox spesifik, erməni siyasi elitasının beynəlxalq ictimaiyyətə mesajları ehtiva edən məsələlərdən ibarət gündəmlə müşayət olunacaq gözəl bir mitinq olacaq.

Gəlin və görün. Amma gələndə qonum-qonşunuzu da gətirməyi unutmayın. Cünki, mitinqdə sizlər üçün keçmiş, amma mənim üçün daimi Ermənistan prezidenti olaraq qalan Serjik Sarkisyanın da çıxışı gözlənilir. Qoy, o da inun üçün mitinqə gələnlərin say çoxluğundan “feyziyab” olsun.

...Təbii ki, bu gün ermənilərin çoxu Armen Aşotyanın bütün bu oyunlarının nəyə hesabladığını yaxşı bilirlər. Əslində bütün bunlar Serjik üçün yenidən “təxtdə” yer eləməyə hesablanıb.

Amma bunun üçün nə lazımdır,.. yenə də təbii ki, Nikolu aşağılamaq. Deyim ki, Armen Aşotyan bu sahədə də artıq müəyyən “təcrübəyə” sahib ola bilib.

Qeyd edim ki, Armenin fikrincə, bir mitinq, əlbəttə ki, Ermənistandakı bütün problemləri həll edə bilməz, lakin mitinqlər Ermənistanın dirçəliş prosesinin başlanğıcı ola bilər. ...Siz deyin, kimin ağlına gələ bilərdi? Əlbəttə ki, Armenin...

...Siz hələ biri politoloq Andranik Miqranyana qulaq kəsilin.

Doğrudur, o ayaqlarının ağrımasını əsas gətirib mirinqə gələ bilməyəcəyinə görə “üzürxahlıq” etsə də, amma evdən Nikol Paşinyanın ünvanına xeylam döşəyib.

Məsələn, Miqranyan iddia edir ki, erməni baş nazir Ermənistanın Türkiyə və Azərbaycanın uzaqgörən iddialarına tab gətirə biləcək sonuncu ümid yerini, dəstəyini öz əlləri ilə məhv edir.

Maraqlıdır, görən, ermənilər üçün nədir bu ümid yeri və ya dəstək? Miqranyan onu da açıqlayır. Deyir ki, aprelin 6-da sülh müqaviləsinin imzalanması kontekstində Ermənistan rəhbərliyi Azərbaycanın irəli sürdüyü 5 bəndlik tələbləri qəbul edəcək ki, bu da bütün erməni mövqelərinin total təslim olmasıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə