Məşhəddə ziyarətçilərə hücum olub

Məşhəddə ziyarətçilərə hücum olub

İranın Məşhəd şəhərində naməlum şəxs ziyarətçilərə hücum edib. SİA-nın məlumatına görə, məlumatı "Mehr" agentliyi yayıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Silahlı şəxs isə saxlanılıb.

Qeyd edək ki, Məşhəddə İmam Rzanın məqbərəsi yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə