Rusların Avropadan "qovulması" davam edir...

Rusların Avropadan "qovulması" davam edir...

Deyəsən, bunlar bizlərdə deyildiyi kimi,.. ”küy”ə düşüblər. Belə ki, İtaliya və Danimarkanın ardınca (hələ mən bunlardan əvvəlkiləri Almniyanı, Fransanı demirəm...deyəsən dedim axı...) İsveçdə o biri avropalılardan “əskik” olmadığını nümayiş etdirmək üçün rus diplomatlarını ölkədən çıxarmağa qərar verib.

Beləliklə, İsveç Xaririci İşlər Nazirliyi Rusiyanın Stokholmdakı səfirliyinin üç əməkdaşı ölkədən çıxarılır. Qeyd edim ki, qərarın ölkə departamentin rəhbəri Ann Linde tərəfindən verildiyi bildirilir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Radio “Sweden” xəbər verib.

Deyildiyi kimi, analoji qərar bu gün 15 rusiyalı diplomatın arzuolunmaz elan edildiyi Danimarkada və Rusiya səfirliyinin 30 əməkdaşının ölkədən çıxarılacağı İtaliyada da açıqlanıb.

Yeri gəlmişkən, çərşənbə axşamı Estoniya parlamentinin bir qrup deputatı ölkənin xarici işlər nazirini Rusiya səfiri Vladimir Lipayevi persona non-qrata elan etməyə çağırıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə