Dağıdılmış körpünün fotoları yayımlanıb

Dağıdılmış körpünün fotoları yayımlanıb

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə doğru irəliləməsinin qarşısını almaq üçün ötən həftələrdə partladılmış İrpin körpüsü nümayiş etdirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya hücumları davam edir. Gərgin toqquşmalara səhnə olan körpü və ətrafı Rusiya qüvvələrinin bölgədən çıxarılmasından sonra fotolarda əks olunub. Körpüdə çoxlu avtomobilin yandırıldığı, onlarla avtomobilin körpünün girişində tərk edildiyi görülüb.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə