"Buçadakı hadisələr dəhşətdir"

Türkiyənin Ukraynadakı səfirliyi Buça və İrpindən mətbuatda əksini tapan görüntülərin “dəhşətli” olduğunu və günahsız mülki şəxslərin hədəf alındığını bildirib.
"Buçadakı hadisələr dəhşətdir"

Türkiyənin Ukraynadakı səfirliyi paytaxt Kiyev yaxınlığındakı müxtəlif bölgələrdən, o cümlədən Buça və İrpindən mətbuatda əksini tapan görüntülərin “dəhşətli” olduğunu və günahsız mülki şəxslərin hədəf alındığını bildirib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Türkiyənin Kiyevdəki səfirliyinin "Twitter" hesabında paylaşılan açıqlamada "Günahsız mülki şəxslərin hədəfə alınması heç vaxt qəbuledilməzdir. Əsas gözləntimiz məsələnin müstəqil araşdırmaya məruz qalması və məsuliyyət daşıyanların müəyyən edilməsidir. Türkiyə müharibənin ilk günündən bəri olduğu kimi bu cür utanc verici səhnələrin tez bir zamanda sona çatması və sülhün təmin edilməsi üçün çalışmalarını davam etdirəcək” deyilib.

Qeyd edək ki, aprelin 1-də Kiyev yaxınlığındakı Buça şəhərini Rusiya qoşunlarından azad edən Ukrayna ordusu binaları dağıdılmış, meyitlərlə dolu şəhərlə qarşılaşıb. Kiyev yaxınlığında azad edilmiş yaşayış məntəqələrində 410 mülki şəxsin cəsədi tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə