Ukraynada müharibə dövründə üçü qadın olmaqla 18 jurnalist ölüb.
SİA-nın əldə etdiyi məlumata görə, bunu ölkənin Baş Prokurorluğu açıqlayıb.
Məlumatda deyilir ki, hərbi əməliyyatlar başlayandan indiyədək 3 jurnalist itkin düşüb, 8-i oğurlanıb, 13 nəfəri yaralanıb, 15 nəfəri isə təzyiqlərə məruz qalıb.
Bununla yanaşı, 7 atəş nəticəsində televiziya qüllələri dağıdılıb və ya zədələnib, habelə media qurumlarına qarşı 22 dəfə kiberhücum həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB