ABŞ konqresmenlərinin ikipartiyalı qrupu Ukraynaya hərbi yardımı artırmaq üçün prezident Cozef Baydenə müraciət ediblər. SİA bu barədə “rambler”ə istinad edir.
Beləliklə, Ukraynaya veriləcək silahların siyahısına uzaqmənzilli yer-hava raketləri, döyüş təyyarələri və gəmi əleyhinə raketlər daxildir.
Məlumata görə, konqresmenlərin tələbi Ukraynanın ötən həftə Ağ Evə göndərdiyi “arzu siyahısı”na əsaslanır.
Qeyd olunur ki, sənəddə Kiyevin ABŞ-ın əlavə yardımına ehtiyacı olduğu 17 sahə qeyd olunub.
Bundan əlavə, ABŞ qanunvericiləri Baydendən tank əleyhinə “Javelin” və “Stinger” hava hücumundan müdafiə sistemlərinin və uzaq mənzilli dronların tədarükünü artırmağı xahiş edirlər. Onlar belə silahların Ukraynaya Rusiya ordusu ilə qarşıdurmada kömək edəcəyinə əminliklərini də ifadə ediblər.
ABŞ Rusiya ordusu ilə döyüşmək üçün Ukraynaya həftəlik əlavə hərbi yardım edir. Martın ortalarında ABŞ prezidenti Cozef Bayden Ukraynaya rekord miqdarda, 800 milyon dollarlıq yardım paketi ilə təmin edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB