Daşqınların vurduğu ziyan məlum oldu

Daşqınların vurduğu ziyan məlum oldu

2021-ci ildə daşqınlar dünya iqtisadiyyatına 82 milyard dollardan çox ziyan vurub.

SİA-nın Rusiya mediasından əldə etdiyi məlumata görə, bu statistika ilə İsveçrənin Svis Re təkrar sığorta şirkəti çıxış edib.

Təkcə Avropada ötən yayda qeydə alınan daşqınlar 40 milyon dollarlıq ziyan törədib. Daşqınlardan ən çox əziyyət çəkən ölkələr Çin, Hindistan, Filippin və ABŞ-dır.

2021-ci ildə təbii fəlakətlərin vurduğu ümumi ziyan 270 milyard dollardan çox olub.

Bütün xəbərlər Facebook səhifəmizdə