Rusların dediyinə görə, Amerika hakimiyyəti indi də Hindistanı Rusiyadan enerji idxalının genişləndirilməsindən imtina etməyə inandırmağa çalışır. Belə ki, ötən gün jurnalistlər üçün brifinq keçirən Ağ Evin mətbuat katibi Cen Psaki guya çıxışının çox hissəsini elə bu mövzuya həsr edib.
SİA “ren.tv”-yə istinadən bildirir ki, görüş zamanı Psaki, Ağ Evin Milli İqtisadi Şurasının direktor müavini Duleep Sinqhin Nyu-Dehliyə son səfərini, habelə Hindistanın Rusiyadan neft almasını da şərh edib.
Psaki onu da qeyd edib ki, enerji resurslarına görə ödənişlər Qərbin Rusiyaya qarşı sanksiyalarına məruz qalmır: “...Lakin Dulip bu səfər zamanı tərəfdaşlarına açıq şəkildə bildirdi ki, bizim fikrimizcə, Rusiya enerji və digər mallarının idxalını sürətləndirmək və ya artırmaq Hindistanın maraqlarına uyğun deyil”.
Qeyd edək ki, bunu Amerika liderinin sözçüsü bildirib.
Psakinin məlumatına görə, hazırda Rusiyadan tədarüklər Hindistanın ümumi enerji idxalının cəmi 1-2 faizini təşkil edir. Bununla belə, ABŞ Hindistanı Rusiyadan olan bu “asılılıq”dan qurtulmağa çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB