Rusiya üçün beşinci sanksiyalar paketi…artıq qapıdadır

Rusiya üçün beşinci sanksiyalar paketi…artıq qapıdadır

Avropa İttifaqınınn Rusiyaya qarşı tətbiq edəcəyi beşinci sanksiyalar paketi təyyarələrin lizinqinə, aviasiya yanacağının, polad məmulatlarının və lüks malların idxalı və ixracına təsir edəcəyi ehtimal edilir.

Qeyd edək ki, bu barədə ehtimal “CNBS” telekanalına danışan avropalı rəsminin dediklərinə istinsd edilir.

SİA bu barədə “rambler” saytına istinad edir.

Beləliklə, avropalı rəsminin dediklərinə görə, növbəti, beşinci sanksiyalar paketi hələ hazırlanma mərhələsindədir və böyük ehtimalla dəyişə də bilər. Bundan başqa telekanal qeyd edir ki, Avropa İttifaqı ölkələri Rusiya Federasiyasından enerji idxalına embarqonun sanksiyalara daxil edilib-edilməməsi ilə bağlı hələ də razılaşmırlar. Yeni məhdudlaşdırıcı tədbirlərin bu həftənin sonunda Avropa İttifaqı tərəfindən təsdiqlənəcəyi gözlənilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə