Bayden: “Buça vəhşilikləri müharibə cinayətləridir”

Bayden: “Buça vəhşilikləri müharibə cinayətləridir”

ABŞ prezidenti Cozef Bayden rusların Buçada törətdikləri vəhşiliyi “müharibə cinayəti” adlandırıb. Amma bununla belə, o əlavə edib ki, Buçada rus əsgərləri tərəfindən dinc əhalinin öldürülməsi soyqırım deyil.

SİA “CNN”-ə istinadən ABŞ prezidentinin Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyi düşündüyünü də bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Putini hərbi cinayətkar adlandırdığına görə tənqid edildiyini deyən Bayden, bu dəfə rusların vəhşiliklər törətdiyi Buçaya diqqət çəkərək vaxtilə dediklərində haqlı olduğunu bildirib.

Maraqlıdır ki, Bayden rusların törətdikləri vəhşiliklərlə bağlı məlumat toplamağın vacibliyini də bildirib. Çünki, onun fikrincə, bu müharibə cinayətləri üzrə məhkəmənin keçirilməsini real edəcək: “...Buçada baş verənlər iyrəncdir və hamı bunu gördü”.

Onu da qeyd edək ki, Amerika prezidenti bundan sonra da döyüşü davam etdirmək üçün Ukraynanı lazım olan silahlarla təmin edəcəklərini gizlətməyib.

Buçada törədilən cinayətlərin vəziyyəti soyqırım kimi qələmə verib-vermədiyini soruşduqda, Bayden jurnalistlərə belə cavab verib: “Xeyr. Məncə, bu, müharibə cinayətidir”. Bayden həmçinin Rusiyaya qarşı “yeni sanksiyalar hazırladığını” və onları tezliklə elan edəcəyini bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Bayden Putinin hərbi cinayətlərini araşdırmaq üçün tribunalın yaradılmasını tələb etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə