Daha 4 terrorçu zərərsizləşdirilib

Daha 4 terrorçu zərərsizləşdirilib

Suriyanın şimalındakı "Sülh çeşməsi" əməliyyatı bölgəsində bölücü terror təşkilatı PKK/YPG üzvü 4 terrorçu zərərsizləşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiye Milli Müdafiə Nazirliyindən verilən açıqlamada deyilib:

“Qəhrəman komandolarımız "Sülh çeşməsi" əməliyyatı bölgəsində təcavüz məqsədli atəşi açan 4 PKK/YPG terrorçusunu atəşə dəstək texnikaları ilə zərərsizləşdirib”.

Digər tərəfdən, daxili işlər nazirinin müavini və mətbuat sözçüsü İsmail Çataklı mart ayında (ölkədə təşkil edilən terror əməliyyatları çərçivəsində) ümumilikdə 80 terrorçunun zərərsizləşdirildiyini, onlardan 76-nın sağ və 4-nün təslim olduğunu bildirib. Çataklı zərərsizləşdirilən terrorçulardan 53-nün PKK/KCK terror təşkilatının üzvü olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə