Almaniyanın ardınca Fransa da bir xeyli rus diplomatını ölkədən göndərir.
SİA-nın əldə etdiyi məlumata görə, TASS bunu ölkənin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
…İndi məlum olub ki, persona non qrata elan edilmiş ruslar Fransanın təhlükəsizlik maraqlarına zidd fəaliyyətlə məşğul imişlər.
Bundan əlavə, Fransa Xarici İşlər Nazirliyi bildirib ki, rusiyalı diplomatların ölkədən çıxarılması Avropa ölkələrinin demarşının bir hissəsidir.
Beləliklə, BFM TV-nin məlumatına görə, Fransa 30-a yaxın rusiyalı diplomatı ölkədən çıxarmaq niyyətindədir.
Yeri gəlmişkən, bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Fransanın bu hərəkətlərinə biganə qalmayacaq və “imkan düşən kimi”, frənklər layiqli cavablarını alacaqlar.
Qeyd edək ki, arxada qoyduğumuz gün, aprelin 4-də Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiya səfirliyinin 40 əməkdaşının ölkədən çıxarıldığını elan edib. Onun sözlərinə görə, ölkədən çıxarılan ruslar hər gün Almaniyanın azadlığına, cəmiyyətin birliyinə qarşı işləyirmişlər və həmçinin Almaniyada müdafiə axtaranlar üçün təhlükə də yaradırmışlar.
Deyim ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova almanlara da “barmaq silkələməyi unutmayıb” və Moskvanın alman siyasi maşınının bu şər hərəkətinə mütləq cavab verəcəyinə söz verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB