Polşa Smolenski təyyarə qəzasında Rusiyanı günahlandırıb

Polşa Smolenski təyyarə qəzasında Rusiyanı günahlandırıb

Fikrinizdə varsa, dünənki köşə yazımızda üstüörtülü də olsa, bu məsələyə toxunmuşduq...

SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Polşa Baş nazirinin müavini Yaroslav Kaçinski 2010-cu ildə dövrün prezidenti Lex Kaçinski və həyat yoldaşı da daxil olmaqla 96 nəfərin həlak olduğu Smolenski təyyarə qəzasında Rusiyanı günahlandırıb.

Kaçinski Polşadakı "Sieci" jurnalına verdiyi açıqlamada "Smolenskin hücum olduğuna şübhə etmirəm. Bu qərarı Kreml verib" iddiasını irəli sürüb.

Polşa baş nazirinin müavini iddia edib ki, “bir çox ölkələr illərdir Smolenskdə həqiqətən nə baş verdiyindən xəbərdardırlar, o vaxtkı Polşa hökuməti həqiqəti ört-basdır etmək üçün üsula əl atıb və Rusiya ilə qorxulu kompromis əldə edib”.

Xatırladaq ki, dövrün Polşa prezidenti Kaçinski və həyat yoldaşı da daxil olmaqla 96 nəfəri daşıyan "Tupolev 154" tipli təyyarə 2010-cu il aprelin 10-da Stalin dövründə təqribən 22 min polşalının öldürüldüyü "Katyn" qırğınının anım mərasimində iştirak etmək üçün Rusiyanın Smolensk hava limanına eniş edərkən meşəlik əraziyə düşmüş, təyyarədə olanların hamısı ölmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə