Tayvanın Çanxua şəhərində karantin otağından qaçan 61 yaşlı qadına 50 gün həbs cəzası verilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tayvanın Çanxua şəhərində karantində qaldığı müddətdə iki xəbərdarlıq almasına baxmayaraq, karantindən qaçan 61 yaşlı qadın martın 15-də məhkəmə qarşısına çıxıb.
Keçən il Tayvanın Çanxua şəhərində karantində qaldığı müddətdə iki xəbərdarlıq almasına baxmayaraq, karantindən qaçan 61 yaşlı qadın martın 15-də məhkəmə qarşısına çıxıb. Xəstəxana işçilərinin göstərişinə baxmayaraq, iki dəfə karantin otağını tərk etdiyini məhkəmə qarşısında etiraf edən qadın “Yeni patogenlər və ağır pnevmoniya ilə bağlı profilaktika, reabilitasiya və canlandırma tədbirləri haqqında” Xüsusi Qanuna əsasən, 50 sutka həbs cəzasına məhkum edilib və onun cəzası 2 il müddətinə təxirə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB