Lavrov Buçadakı vəziyyəti “saxta hücum” adlandırıb

Lavrov Buçadakı vəziyyəti “saxta hücum” adlandırıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın Buça şəhərindəki vəziyyəti “saxta hücum” adlandırıb. Onun sözlərinə görə, orada Ukraynada və Qərbdə bütün kanallar və sosial şəbəkələr vasitəsilə səpələnmiş tamaşa təşkil olunub.

SİA bu barədə rus mediasına istinad edir.

“...Bu günlərdə Kiyev vilayətinin Buça şəhərində Rusiya hərbçiləri əldə edilmiş plan və razılaşmalara uyğun olaraq oradan getdikdən sonra növbəti saxta hücum təşkil edilib. Bir neçə gündən sonra orada bütün kanallarda və sosial şəbəkələrdə ukraynalı nümayəndələr və onların qərbli himayədarları tərəfindən səpələnən səhnəcik qoyulub”.

Bunları bəyan edən Lavrov Qərb ölkələrinin Ukraynada humanitar məsələləri siyasiləşdirmək və hətta spekulyasiya etmək cəhdlərinin olduğunu da bildirib.

Rusiya XİN rəhbəri vurğulayıb ki, Moskva Buçadakı vəziyyəti beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən təxribat kimi qiymətləndirir və BMT Təhlükəsizlik Şurasına sədrlik edən Britaniyadan bu mövzuda iclas keçirməyi tələb edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə