Ukraynada həlak olan uşaqların sayını açıqlayıb

Ukraynada həlak olan uşaqların sayını açıqlayıb

Rusiya ordusunun Ukraynaya hücumları nəticəsində 161 uşaq həyatını itirib, 264 uşaq isə yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna Baş Prokurorluğundan verilən açıqlamada Rusiya ordusunun bombardmanları nəticəsində 869 təhsil müəssisəsinin dağıldığı, onlardan 83-nün tamamilə məhv edildiyi qeyd edilib.

Açıqlamada Rusiyanın hücumlara başladığı 24 fevraldan bu yana 161 uşağın öldüyü, 264 uşağın yaralandığı qeyd edilib.

Ukraynanın baş prokuroru İrina Venicetova Rusiya ordusundan azad edilən Kiyev bölgəsində 410 mülki şəxsin cəsədinin tapıldığını bildirib.

İrina Venicetova sosial media hesabında verdiyi açıqlamada Rusiya ordusundan azad edilən Kiyev bölgəsinin hər qarışında axtarış-xilasetmə işlərinin davam etdiyini, həmin fəlayyətlərdə məhkəmə-tibb ekspertləri, partlayıcı maddələr və kinologiya ekspertləri, məhkəmə tibb mütəxəssisləri, həkimlər və xilasetmə qruplarının da iştirak etdiyini söyləyib.

Venicetova qeyd edib ki, Kiyev yaxınlığında işğaldan azad edilmiş yaşayış məntəqələrində 410 dinc sakinin cəsədi tapılıb.

"Kiyev bölgəsinin azad edilmiş ərazisində Rusiyanın amansız hərbi cinayətlərinə dair çox mühüm sübutlar var. Bu, bizim torpağımızda bunu təşkil edənlərin cəzalandırılması üçün sənədləşdirilməli olan cəhənnəmdir",-deyə Venicetova bildirib.

Venicetova vurğulayıb ki, hadisə şahidlərinin və zərərçəkənlərin məmulatı ilə yanaşı, bu fəlakətlə bağlı foto və video sübutların toplanması istiqamətində də araşdırmalar davam edir.

Ukraynanın Xarkov Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov isə bəyan edib ki, Rusiya ordusu Xarkov yaxınlığındakı Balakliya xəstəxanasından xəstələr və həkimləri təxliyə etməyi planlaşdıran konvoya atəş açıb və avtobus sürücüsü ölüb.

Qeyd edək ki, ötən gün Rusiya ordusunun xəstələrin və şəxsi heyətin yerləşdiyi Balakliya Mərkəzi Rayon Xəstəxanasını atəşə tutması nəticəsində xəstəxana binasına ziyan dəyib.

Bundan sonra yerli hökumət xəstələr və xəstəxana işçiləri də daxil olmaqla təxminən 70 nəfərin təcili təxliyə edilməsinin lazım olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə