Təbii qazın rublla satılması qərarından sonra Kremldən yeni açıqlama gəlib. Kremlin sözçüsü Dmitri Peskov bu modelin digər ixrac məhsullarına da tətbiq olunacağına əmin olduğunu bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin təbii qaz ödənişlərinin “dost olmayan ölkələrdən” rublla alınmasına dair fərmanı imzalamasının əks-sədaları davam edərkən, Kremldən yeni bir açıqlama gəlib.
Kremlin sözçüsü Dmitri Peskovun açıqlamalarına əsasən, Moskva təbii qazdan sonra digər məhsullar üçün də rublla ödəniş sisteminə keçməyə hazırlaşır.
Peskov açıqlamasında rublla ödəniş sisteminin digər ixrac məhsullarına da tətbiq olunacağına əmin olduğunu bildirib.
Rusiyaya qarşı tarixin ən əhatəli sanksiyalarının həyata keçirildiyini vurğulayan Peskov, dollar və avroya inamın azaldığını iddia edərək, “Bu prosesi dayandırmaq olmaz, artmağa davam edəcək” deyib.
Rusiya üçün tam təcridin mümkün olmadığını vurğulayan Peskov bunun müasir dünyada texnoloji cəhətdən mümkün olmadığını bildirib.
Ukraynaya müharibə elan edən və fevralın 24-dən bəri davam edən münaqişələrin ilk əmrini verən Rusiya lideri Putinin imzaladığı fərmanla ötən həftələrdə “dost olmayan ölkələr” siyahısı rəsmiləşdi. Rusiya hökumətinin dərc etdiyi siyahıya ABŞ və bütün Aİ ölkələri daxil edilib. Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San-Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da siyahıda yer alıb.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB