Vuçiç artıq Serbiyanın gələcək siyasi kursunu açıqlayıb

Vuçiç artıq Serbiyanın gələcək siyasi kursunu açıqlayıb

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin Avropa İttifaqına (Aİ) daxil olmaq istiqamətindəki kursunu davam etdirəcəyini, eyni zamanda ənənəvi dostları ilə münasibətlərini qoruyacağını bildirib. SİA bu barədə rus mətbuatına istinad edir.

“Əminəm ki, qarşıda çoxsaylı çağırışlarımız var, lakin Serbiya üçün ən vacibi regionda (qonşu ölkələrlə – red) yaxşı münasibətlərə malik olmaq, digər tərəfdən Avropa yolunu davam etdirmək, eyni zamanda ənənəvi dostlar ilə əlaqələrini pozmamaqdır”, – Serbiya Prezidenti bildirib.

Dünən keçirilmiş prezident seçkilərinin birinci turunda qələbə qazandığını bildirən Serbiya Prezidenti ölkəsinin heç bir hərbi bloka qoşulmayacağını və hərbi neytrallığı davam etdirəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com