Papa Fransisk Ukraynaya getməyə hazır olduğunu təsdiqləyib.
SİA "RİA Novosti“yə istinadən xəbər verir ki, lakin Papa Fransisk bu səfərin mümkün olub-olmayacağını bilmir.
Təyyarədə jurnalistlərə açıqlama verən pontifik bildirib ki, Kiyevə səfərin mümkünlüyü ilə bağlı suala o, səmimi cavab verib.
“Bir neçə nəfər məndən Ukraynaya səfərimlə bağlı sual soruşdu. Mən səmimi şəkildə buna həmişə hazır olduğumu bildirdim. Səfər üçün bütün zəruri prosedurlar hazırdır. Amma mən bilmirəm ki, bunu etməliyəm ya yox. Ən düzgününün hansı olduğunu bilmirəm”,- deyə Roma Papası bildirib.
Qeyd edək ki, martın ortalarında Roma Papası Fransiskin Kiyev meri Vitali Kliçkodan məktub aldığı və məktubda onu Ukraynanın paytaxtına səfərə dəvət edildiyi deyilirdi. Əgər belə bir səfər mümkün görünməyəcəyi təqdirdə, mer Roma Papası Fransisi Vatikan və Kiyev arasında keçiriləcək xüsusi videokonfransda iştirak etməsini təklif etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB