Atışma nəticəsində yenə 6 nəfər ölüb?

Atışma nəticəsində yenə 6 nəfər ölüb?

Kaliforniyanın Sakramento şəhərində atışma nəticəsində 6 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.

Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb. Zərərçəkənlərin vəziyyəti ilə bağlı hələlik məlumat verilmir.

“ABC News” telekanalı polisə istinadən xəbər verir ki, hadisə gecə saat iki radələrində patrulun xidmət apardığı yerdə baş verib. Atışma gecə klublarının sıx olduğu küçədə baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə