Latviyanın “Latvijas Gaze” şirkəti Rusiya qazının pulunu rublla ödəmək imkanını nəzərdən keçirir.
SİA bu barədə “rambler” saytına istinad edir.
“İlk təəssüratlara görə, Rusiya rublu ilə hesablaşma proseduru rəsmi olaraq sanksiya rejimini pozmur və mümkündür”, - deyə şirkətin saytında bildirilir.
Təşkilat aydınlaşdırıb ki, onlar hazırda hüquqi və biznes baxımından yeni ödəniş üsulunu təhlil edirlər.
Qeyd edək ki, Vladimir Putin Rusiya qazını ancaq ölkəsinə “dost olmayan” ölkələrə rublla satmaqla cavab verəcəyini bildirmişdi. G7 ölkələri və Avropa İttifaqı liderləri isə bunu etməyəcəklərini demişdilər.
Rusiya mediasının yazdığına görə, Vladimir Vladimiroviç öz növbəsində, belə olacağı halda Rusiyanın qaz tədarükünü dayandıracağını bildirmışdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB