Rusiyanın “Moskovski Komsomolets” nəşri xəbər verir ki, Britaniya hökumətinin başçısı Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını dayandırmaq üçün əlindən gələni edəcəyinə söz verib. SİA bu barədə “rambler” saytına istinad edir.
Belə ki, britaniyalı Baş nazirinin sözlərinə görə, London Moskvaya qarşı məhdudlaşdırıcı tədbirləri sərtləşdirəcək və Ukraynaya hərbi yardımını bundan sonra daha da artıracaq.
“Putinin hərbi maşınını acından öldürmək üçün əlimdən gələni edəcəm”. Bunu da Conson söz verib.
Qeyd edək ki, ingilis Baş nazir Ukraynada, dəqiq desək Buçedə rusların törətdiyi cinayətlərin araşdırılmasına çağırış edib. London bunun üçün əlavə vəsait ayıracağına, həmçinin təhqiqatçı mütəxəssisləri cəlb edəcəyinə də söz verib.
Ruslar isə hələ ki, uğursuz da olsa, bunun təxribat olduğunu iddia edirlər.
Bu arada Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelinin Britaniya hakimiyyətinin Ukrayna böhranı ilə bağlı atdığı addımların regionda vəziyyəti gərginləşdirməyə yönəldiyini bildirib.
Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin “bunkerindən” təqdim edilən eyni mənzərə Londonda da yaradılır. Buna əsaslanaraq Britaniya hakimiyyəti danışıqlara ehtiyac olmadığı barədə bəyanatlar verir və Kiyevə silah tədarükünə qərar verir.
Rusiyalı diplomat onu da əlavə edib ki, Qərb Kiyevi əsassız və real mövqedən ayrılmış tələblərə təhrik edir.
Londonun qərarları və ideyaları isə vəziyyəti daha da gərginləşdirməyə yönəlib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB