İtaliya da beşinci sanksiyalar paketinə qoşuldu

İtaliyanın xarici işlər naziri Di Maio bildirib ki, Qərb Buçaya görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər
İtaliya da beşinci sanksiyalar paketinə qoşuldu

...Beləliklə, İtaliyanın xarici işlər naziri Luici Di Mayo Ukraynanın Buça şəhərindəki yaşantılarla tanışlıqdan sonra Qərbə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə icazə verib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə “Rai3” telekanalının efirindən bildirib.

Nazirin sözlərinə görə, Buçada baş verənlər qəzəb dalğasına səbəb olub. Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Ukraynada baş verənlər Avropa İttifaqını və onun bütün müttəfiq tərəfdaşlarını yeni məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə vadar edə bilər. Bundan başqa, o əlavə edib ki, İtaliya Ukraynadakı vəziyyətlə bağlı Avropa İttifaqının beşinci sanksiyalar paketinə veto qoymur.

Bir daha xatırladaq ki, aprelin 3-də Ukrayna hakimiyyəti və bir sıra xarici KİV-lər Kiyev yaxınlığındakı Buça şəhərində rus hərbçiləri tərəfindən dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi ilə bağlı məlumat yayıblar.

Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın, lap elə xarici KİV-lərin də bütün “ittiham”larını təxribat adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə