Rusiyaya qarşı yeni, beşinci sanksiyalar paketi həm şəxsi tədbirləri, həm də ölkənin maliyyə bazarına qarşı məhdudiyyətləri əhatə edə bilər.
SİA-nın məlumatına görə, bu barədə “ZDF” telekanalında almanıyalı vitse-kansler, iqtisadi məsələlər və iqlimin mühafizəsi naziri Robert Habek bildirib.
Onun sözlərinə görə, sanksiyalar gələn həftə qəbul olunacaq.
Yeri gəlmişkən, Habek sanksiyaların bütün spektri - “şəxsi məhsullardan tutmuş texnoloji məhsullara qədər” hər şeyi əhatə edəcəyini də bildirib.
“...Biz diqqətimizi bir daha maliyyə bazarına yönəldəcəyik”, - deyə almaniyalı dövlət rəsmisi vurğulayıb.
Habekin sözlərinə görə, Almaniya Rusiyanın enerji idxalından asılılığını azaltmaq istiqamətində də artıq əhəmiyyətli irəliləyiş əldə edib. Belə ki, dövlətin növbəti addımları Almaniyanın enerji infrastrukturunun istifadəsində iştirak edən Rusiya mülkiyyətinin “Rusiya tərəfindən özbaşınalığa məruz qalmamasını” təmin etmək olacaq.
Qeyd edək ki, bir müddət bundan əvvəl Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek Rusiyanın enerji resurslarının tədarükünün mümkün dayandırılmasından ehtiyat edərək, “Qazprom”un alman müəssisələrinin milliləşdirilməsi planı hazırlamağa başlayıb. Bildirək ki, o bu sahədə tək deyil. Belə ki, Habekdən başqa digər yüksək vəzifəli məmurlar da Rusiyanın enerji resurslarından imtina etmək planı hazırlayırlar. Onlar onlar Rusiyanın “Qazprom” və “Rosneft”in törəmə şirkətlərini müsadirə etməyi və milliləşdirməyi təklif edirlər.
Yeri gəlmişkən, Almaniya kansleri Olaf Şolz da fövqəladə qaz tədbirlərinin hazırlanmasında iştirak edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB