Ukrayna prezidenti Vladimir Zelenski rusların Ukraynada törətdikləri cinayət əməllərinə görə cəzalandırılaların mümkünlüyünə inanır. Lakin məhkəmə qarşısına təkcə prezident Vladimir Putinin deyil, onun ordu komandirləri və əməkdaşlarının gəlməsini “istəyir”. SİA bu barədə “UNİAN” saytına istinad edir...
“CBD NEWS” xəbər verir ki, aprelin 3-də prezident Zelenski bu cinayətlərə görə məsuliyyətlə bağlı gözləntilərini xarici jurnalistlərə açıqlayıb.
O, həmçinin Rusiyanın Ukrayna xalqının soyqırımı ilə məşğul olduğunu da gizlətməyib. Zelenski cəza seçiminin ədalətə əsaslanmasına da diqqət çəkib: “...Sivil dünya necə qərar verirsə, belə olmalıdır”.
"Biz ədalətə, Qərb dünyasının ədalətinə inanırıq və buna görə də söhbət təkcə Rusiya liderindən getmir. Hesab edirəm ki, bütün hərbi komandirlər, göstəriş və əmr verən hər kəs layiqincə cəzalandırılmalıdır", -ukraynalı prezident deyib.
O, həmçinin əlavə edib ki, insanlığa qarşı bu cinayətlərə görə adi həbs cəzasını qeyri-kafi hesab edir. Bununla belə, o, hələ də onun “qanunla və etdiklərinə görə” seçilməsini zəruri sayır. Qeyd edək ki, Zelenski rusların Ukraynada törətdiyi hər bir cinayətin araşdırılması və mühakimə olunması üçün xüsusi ədalət mexanizmi yaratmaq qərarına gəlib.
...Yenə də deyim ki, azad edilən Buçedə hazırda Ukrayna hərbçiləri ərazini diversantlardan təmizləməklə məşğuldurlar. Onu da qeyd edək ki, təkcə Buçenin timsalında bütün dünya rus işğalçılarının hansı vəhşiliklərə qadir olduğunu bir daha görə bildi. (...deyim ki, bu bizim üçün elə də yenilik deyil, çünki rusların bu vəhşilikləri 1990-cı ilin 20 yanvarında baş verənlərdən sonra bizlərə də məlumdur)
Beləliklə, hazırda rusların qovulub çıxarıldıqları Buçedə onların ağlasığmaz hərbi cinayətlərinin izləri artıq bütün dünyaya göstərilir. Bunlar yandırmağa çalışdıqları zorlanmış qadınlar, qətlə yetirilmiş uşaqlar, yerli hökumət nümayəndələri və qocalardır. Ölənlərin çoxunun əlləri bağlanıb və işgəncə izləri açıq sezilməkdədir. Öldürülənlərin əksəriyyəti də başının arxasından güllə yarası alıb. Rusiya işğalçılarından azad edilmiş Kiyev vilayətinin ərazisindən artıq 410 nəfər həlak olmuş dinc sakinin cəsədi çıxarılıb. Qeyd edək ki, bu öldürülənlərin hamısı olmaya bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB