Polşa Almaniyanı Rusiya ilə yaxın münasibətlərdə ittiham etdi

Almaniyanın "Die Welt" qəzetinə müsahibə verən Y.Kaçinski Rusiya-Ukrayna müharibəsinə toxunaraq deyib...
Polşa Almaniyanı Rusiya ilə yaxın münasibətlərdə ittiham etdi

Polşa baş nazirinin müavini Yaroslav Kaçinski (Jaroslaw Kaczynski) Almaniyanı Rusiya ilə yaxın münasibətlərdə ittiham edib.

SİA-nın əldə etdiyi məlumata görə, Almaniyanın "Die Welt" qəzetinə müsahibə verən Y.Kaçinski Rusiya-Ukrayna müharibəsinə toxunaraq deyib: "Almaniya hökuməti illərdir Rusiya prezidenti Vladimir Putinin nə etdiyini görmək istəmirdi. “Niyə”sini bu gün görürük.

Rusiya təbii qazla müqayisədə neft ixracından 5 dəfə çox qazanır. Almaniya Rusiya neftinin idxalına embarqo qoymur və Ukraynaya kifayət qədər silah vermir”.

Polşanın ədliyyə naziri Zbiqnev Ziobro (Zbigniew Ziobro) da Rusiya-Ukrayna müharibəsi ilə bağlı Rusiyanı hədəf alan sanksiyalara qarşı ən çox müxalifətin Almaniyadan gəldiyini bildirib, “Almaniya Rusiyaya qarşı sərt sanksiyalara qarşı ən mühüm rol oynaya bilər, amma bu mövzuda Macarıstan “günahkar” elan edildi” deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə