Makron: “Rusiya Buçadakı cinayətlərinə görə cavab verməli olacaq”

Makron: “Rusiya Buçadakı cinayətlərinə görə cavab verməli olacaq”

...Beləliklə, Ukrayna prezidenti Vladimir Zelenski rus işğalçılarının Buça və Kiyev vilayətinin digər şəhərlərində dinc sakinlərin öldürülməsinə münasibət bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, O, bu barədə videomüraciətində bildirib: “Adətən prezidentlər belə müraciətləri qələmə almırlar. Amma bu gün mən bunu dəqiq deməliyəm. Buçada və digər şəhərlərimizdə açılanlardan sonra demək lazımdır, işğalçılar haradan qovulublar. Yüzlərlə insan öldürülüb, işgəncələrə məruz qalıb, dinc sakinlər güllələnib. Küçələr, hətta ölənlərin cəsədləri belə minalanır, talanların nəticələri hər yerdədir”.

Bunları Zelenski bildirib.

Bu arada Fransa Prezidenti Emmanuel Makron Ukraynanın Rusiya hərbçilərindən azad edilmiş Buşa şəhərində mülki insanların öldürülməsini pisləyib: “Kiyev yaxınlığında işğaldan azad edilmiş Buça şəhərindən bizə çatan görüntülər dözülməzdir. Küçələrdə yüzlərlə dinc sakin qorxaqcasına öldürülüb. Ölənlərə rəhmət diləyirəm, ukraynalılarla həmrəyliyimi bildirirəm. Rusiya hakimiyyəti bu cinayətlərə görə cavab verməli olacaq”

Qeyd edək ki, fransız dövlət başçısı bu barədə tviter hesabında yazıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə