Kadırov Peskova əsəbiləşib

Şeçenistan rəhbəri Ramzan Kadırov Kremlin mətbuat katibi Dmitri Peskovun teleaparıcı İvan Urqantı “böyük vətənpərvər” adlandırmasına münasibət bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə hesabında yazıb.

“Peskov Rusiyanı qorxaraq tərk edənləri dövlətin düşməni hesab etmir. Bilmirdim, amma belə çıxır ki, öz ölkəsinin vətənpərvərinə çevrilmək üçün Rusiyanın hərəkətlərini tənqid etməlisən, xaricə getməlisən, yüksək səslə və pafoslu şəkildə səs-küy yaratmalısan”, – o qeyd edib.

Onun sözlərinə görə, İvan Urqant məhz belə edib:

“Kərpic qalaqları və beton divarlar arasında forma geyinib qaçmaq sənə yaraşmaz. Bir neçə gün soyuq səngərdə oturmaq sənə yaraşmaz. Yəqin ki, vətənpərvərlik anlayışının necə dəyişdiyinə diqqət yetirməmişik”.

Bütün xəbərlər Facebook səhifəmizdə