“London Rusiyaya qarşı sanksiyaları artıracaq”

“London Rusiyaya qarşı sanksiyaları artıracaq”

Böyük Britaniya hökuməti Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirmək və Kiyevə göstərilən hərbi dəstəyi artırmaq niyyətindədir. Rusların da dediyi kimi, ingilislər bu istiqamətdəki liderliklərindən, deyəsən, imtina etmək niyyətində deyillər. Beləliklə Baş nazir Boris Conson Rusiya Federasiyasına qarşı yeni sanksiyaların anonsunu verib.

Qeyd edək ki, SİA bu barədə “TASS” agentliyinə istinad edir.

“Biz sanksiyalarımızı genişləndiririk, Ukraynaya hərbi dəstəyi və insanlara kömək etmək üçün humanitar yardım paketini artırırıq”,- deyə Conson bildirib.

Bundan əvvəl Avropa Parlamentinin aparıcı fraksiyasının - Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber Rusiya Federasiyasından enerji təchizatına tez bir zamanda embarqo qoyulmasının vacibliyinə toxunaraq sanksiyaların sərtləşdirilməsinə çağırış edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə