Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulan İsveçrə Rusiya vətəndaşlarına məxsus on mülkü dondurub. Qeyd edək ki, məlumatın doğruluğu İsveçrənin “Keystone-ATS” agentliyi və “Neue Zurcher Zeitung” qəzeti tərəfindən də öz təsdiqini tapıb.
SİA bu barədə “TASS” agentliyinə istinad edir.
İsveçrə Konfederasiyasının İqtisadiyyat üzrə Dövlət Katibliyinin rəsmi nümayəndəsi Fabian Mayenfişin dediyinə görə, ölkə ərazisindəki ruslara məxsus 10 ev və mənzil artıq “mühasirəyə alınıb”. Əslində, bu o deməkdir ki, bu əmlakların sahibləri sanksiyalar qüvvədə olduğu müddətdə bu evləri nə sata və nə də icarəyə verə bilməzlər.
“Neue Zurcher Zeitung”un məlumatına görə, Rusiya vətəndaşlarına məxsus sanksiyaya məruz qalan 10 mülk Cenevrə və Bern də daxil olmaqla İsveçrənin dörd kantonunda yerləşir.
Qeyd edək ki, İsveçrənin bitərəf statusuna baxmayaraq, Avropa İttifaqının Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatla bağlı elan etdiyi Moskvaya qarşı sanksiyalarını bu ölkə də dəstəkləyib. Onu da bildirim ki, martın 7-də Rusiya hökuməti onun şirkətlərinə və vətəndaşlarına qarşı qeyri-dost hərəkətlər edən xarici dövlət və ərazilərin siyahısını təsdiqləyib.
Yeri gəlmişkən, bu siyahıya İsveçrə Konfederasiyası da daxil edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB