Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya Donbass bölgəsi və ölkənin cənubunu ələ keçirməyi planlaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiyanın Ukraynaya hücumları davam edərkən Zelenski yeni açıqlama verərək bildirib: “Rusiyanın Ukraynadan çıxarılması asan olmayacaq. Onların rahatlıqla torpaqlarımızı tərk edəcəklərinə dair yalan ümidlərə inanmamalıyıq. Hər birimiz əlimizdən gələni etməyə davam etməliyik.
Biz silahlı qüvvələrimizi hər sahədə mümkün qədər dəstəkləməli, iqtisadiyyatımızı gücləndirməliyik.
Ukrayna ordusu Sumi və Çerniqovda bir sıra mövqelərini bərpa edib.
Rusiya qoşunları həm Donbas, həm də Ukraynanın cənubunu ələ keçirmək istəyir.
Mariupolda Rusiya ordusunun mühüm hissəsini saxlamağa davam edir.
Ukrayna müttəfiqlərindən hələ silah ala bilməyib. Onlar hələ də bunu edə bilərlər.
İşğal olunmuş şəhərlərdə küçələrə çıxan hər kəsə minnətdaram.
Qorxma və çölə çıx.
İnsanların etirazı nə qədər çox olarsa, işğalçıların bizi məhv etmək, azadlığımızı əlimizdən almaq məqsədi o qədər süquta uğrayar.
Macarıstan rəsmi Moskvanı dəstəkləyir. Amma macar xalqı Ukraynanın, Ukrayna xalqı isə macar xalqının yanındadır, siyasətçilər gəldi-gedərdi”.
Xatrıladaq ki, Rusiya fevralın 24-dən Ukraynaya hücuma keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB