Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın xahişi ilə Ukraynanın Mariupol şəhərində mülki Ukrayna və xarici vətəndaşların təxliyyəsi üçün humanitar dəhliz açıldığını bildirib.
Rusiya Müdafiə Nazirliyinin “Telegram” hesabından verilən məlumata görə, R.T.Ərdoğanın Rusiya prezidenti Vladimir Putindən xahişindən sonra Mariupolda mülki və xarici vətəndaşların təxliyyəsinə hərtərəfli köməklik göstərilməsinə qərar verilib.
2022-ci il aprelin 3-nə keçən gecə Moskva vaxtı ilə saat 00:00-da Mariupoldan Berdyanska humanitar dəhliz açılıb və yolda “sükut rejimi”nə ciddi əməl olunacağına zəmanət verilib.
Açıqlamada xarici vətəndaşların Berdyanskdan ya Ukraynanın nəzarətindəki bölgələrə, ya da Rusiyanın nəzarətindəki Krıma gedə biləcəyi diqqətə çatdırılıb.
Ukrayna tərəfindən “sükut rejimi”nə ciddi əməl ediləcəyi təqdirdə humanitar dəhlizin həyata keçiriləcəyi bildirilən bəyanatda rəsmi Kiyev administrasiyasından Moskva vaxtı ilə saat 03:00-a qədər təxliyyəyə hazırlığa dair yazılı təsdiq istənilib.
Məlumatda qeyd olunub ki, Ukrayna həm Rusiya, həm Türkiyə tərəflərinə, eləcə də Beynəlxalq Qızıl Xaç Təşkilatına və Birləşmiş Millətlər Təşkilatı Qaçqınlar üzrə Komissarlığına “sükut rejimi”nə əməl edəcəkləri barədə yazılı bəyannaməni çatdırmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB