Pakistanın Nazirlər Kabineti istefaya göndərilib

Pakistanın Nazirlər Kabineti istefaya göndərilib

Pakistanın Nazirlər Kabineti istefaya göndərilib, lakin baş nazir İmran Xan vəzifəsini davam etdirəcək.

SİA-nın məlumatına görə, bu barədə ölkənin dövlət informasiya və teleradio yayım naziri Fərrux Həbib öz "Twitter" səhifəsində bildirib.

"Baş nazir konstitusiyanın 224-cü maddəsinə uyğun olaraq vəzifələrini icra etməyə davam edəcək, Nazirlər Kabineti buraxılıb", - deyə nazir yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə