“Bütün günahlar Putin və “COVID-19”-dadır...”

ABŞ-ın yanacaq böhranında Bayden ittiham edilir
“Bütün günahlar Putin və “COVID-19”-dadır...”

ABŞ prezidenti Cozef Bayden bu gün ölkəsində yaşanan yanacaq böhranına görə, Rusiya dövlət başçısı Vladimir Putin və COVID-19 pandemiyasını günahkar görür. Maraqlıdır ki, “ABC News” telekanalının aparıcısı prezident Cozef Baydenin “məsuliyyəti dəyişmək” cəhdini tənqid edib.

Ən maraqlısı isə budur ki, ABŞ sakinləri bu məsələ ilə bağlı verduikləri şərhlərdə onun, yəni aparıcınn sözlərini dəstəkləyiblər. SİA bu barədə “rambler” saytına istinad edir.

Beləliklə, qeyd edək ki, ötən gün “ABC News” teleşirkəti ABŞ-da benzinin qiymətindəki artımla bağlı süjet yayımlayıb. Qeyd edək ki, bu Baydenin altı ay ərzində milli strateji neft ehtiyatından gündə təxminən bir milyon barrel neft buraxmaq qərarından bir gün sonra nümayiş olunub. ABŞ prezidentinin belə bir qərarı artıq üçüncü dəfədir ki, verdiyini xatırladan teleaparıcının sözlərinə görə, guya bu, ölkədə qaz və enerji qiymətlərinin aşağı düşməsinə kömək edəcək.

“ABC News” aparıcısı Baydenin ölkədəki yanacaq böhranının səbəbkarı kimi COVID-19 pandemiyası və “şəxsən Vladimir Putinin” olduğu sözlərini tənqid edib. O da maraqlıdır ki, aparıcının sözlərind dəstək olan istifadəçilər, onun dediklərini təqdir ediblər.

“Bayden heç bir oyunda qalib gəlməyən futbol məşqçisi kimidir. O, həmişə təkrar edir ki, hər şeydə günahkar ya əvvəlki həmkarı, ya da rəqibləridirlər”. Bunu istifadəçilərdən biri bildirib.

...Başqa bir izləyici isə hər hansı bir ölkəyə (təbii ki, Rusiya nəzərdə tutulur) qarşı sanksiyalar tətbiq etməməyi və eyni sanksiyaların bu ölkəyə heç bir şəkildə təsir etməyəcəyinə inanmaq lazım olduğunu bildirib.

Növbəti şərhçi Baydenin heç vaxt öz hərəkətlərinə görə məsuliyyət daşımayacağını bəyan edib.

Daha bir başqa bir istifadəçi isə ABŞ hakimiyyətinin “on ildir ki, hər şeydə Putini günahlandırdığını” bildirib.

Təbii ki, rus saytlarının bu canfəşanlıqlarının qayəsi bəllidir. Rusiyanın sanksiyalardan qurtulması...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə