Macarıstanda parlament seçkiləri keçiriləcək

Macarıstanda parlament seçkiləri keçiriləcək

Bazar günü Macarıstan parlamentinə seçkilər keçiriləcək.

SİA APA-ya istinadən xəbər verir ki, seçkinin nəticələrindən asılı olaraq hökumətin tərkibi də dəyişə bilər.

Seçkinin favoritləri Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Macarıstan Vətəndaş İttifaqı -FİDES və 6 müxalifət partiyasının birləşdiyi koalisiyadır.

Səsvermə saat 06.00-dan 19.00-dək keçiriləcək. Bundan sonra eksitpollun nəticələri elan ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə