Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç müharibənin taleyinin 2-3 həftəyə həll olunacağını düşünür.
Qeyd edək ki, o bu barədə jurnalistlərə ruslardan azad edilmiş İrpenə səfəri zamanı deyib. Arestoviç hazırda onları ölkənin şərqindəki Mariupol uğrunda çox çətin döyüşlər gözlədiyini də etiraf edib.
SİA bu barədə “UNİAN” saytına istinad edir.
Aparat rəhbərinin fikrincə, Mariupol azad edilməlidir: “…biz oranı tərk edə bilmərik deyə, artıq müəyyən tədbirlər görürməyə başlamışıq. Müharibənin birinci taleyini əsasən şimaldakı kampaniya həll edirdisə, indi ikincisi şərqdədir. Məncə hər şey bizim xeyrimizə həll olunacaq. Çünki, döyüşləri fəal şəkildə davam etdirmək üçün rusların artıq ehtiyat resursları yoxdur. Bu ehtiyatları toplamaq onlar üçün isə onlara ən azı 2-3 ay vaxt lazımdır. Bu gün sanksiyalar, belə görünür ki, rus iqtisadiyyatını bitirir. Ona görə də 2-3 həftəyə qərar verilməlidir”.
Maraqlıdır ki, Arestoviç böyük ehtimalla rus qoşunlarının bir daha Kiyev vilayətinin şimalına qayıtmayacağını deyir: “Əminəm ki, onlar bir daha bura qayıtmayacaqlar. Çünki bura qayıtmaq üçün ən azı onların bacarmadığı eyni qruplaşmanı yaratmaq lazımdır. Bu gün onların səfərbərlik potensialı yoxdur. Üstəlik, sırf hərbi baxımdan onlar indi səylərini şərqə, Mariupola yönəldirlər. Yəni Rusiyadan, Belqoroddan keçərək Kupyansk vasitəsilə yenidən qatıdırlar. Ancaq Belqorodda həmişə onlara nəsə olur…” - deyə Aretoviç bildirib.
Xatırladaq ki, bundan əvvəl müşavir izahat verərək Mariupola nəzarətin Rusiya üçün niyə vacib olduğuna aydınlıq gətirmişdi. O bildirmişdi ki, Ukrayna tərəfinin hesablamalarına görə, şəhərin tutulması daha əvvəl baş verməli imiş.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB