Hara gedir bu dünya?
...Beləliklə, ötən gün Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Vladimir Vladimiroviçin Rusiya üçün rolunu çox yüksək qiymətləndirib.
SİA xəbər verir ki, “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə “Belarus 1” telekanalının efrində danışıb.
Peskov Putini Rusiyanın brendi adlandırıb və bu gün Vladimir Vladimiroviçun rus xalqından böyük dəstək aldığını bildirib: “...Bizim belə bir brendimiz var - Putin. Həqiqətən də belədir. Ölkəmizdə o, tamamilə unikal dəstəyə malikdir”-deyə mətbuat katibi bildirib.
...Qeyd edək ki, Peskovun efirindən bəyan etdiyi “Belarus 1” telekanalı Belarusun əsas dövlət televiziya kanalıdır. Təbii ki, bu kanalda Rusiyanın brendi barədə danışasan, amma Belarus prezidenti barədə bir söz deməmək doğru olmazdı. Deyim ki, Belarus prezidentinin mətbuat katibi Natalya Eysmontun buna imkan verməyəcəyini başa düşən Peskov, daha sonra Belarus prezidentinin “brend olmasına” hələ çox qaldığını deməsə də, amma Putinlə Lukaşenkonun münasibətlərini dəyərləndirib.
O, hər iki rəhbərin qarşılıqlı fəaliyyətini unikal adlandırıb və qeyd edib ki, hər iki dövlət başçısı həmişə mehriban söhbəti davam etdirməyə yönəliblər.
Qeyd edək ki, ötən gün Lukaşenko Putinlə söhbətində Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı dəstəkləyib. Prezidentlər həmçinin aprelin 2-də qeyd olunan Rusiya və Belarus xalqlarının birliyi günü münasibətilə təbriklərini də bölüşüblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB