Rusiya ordusu küncə sıxışıb

Məlum olub ki, Ukrayna işğalında böyük itkilər verdiyi və xeyli hərbi texnika itirdiyi bildirilən Rusiya, hərbi ehtiyat hissələrinin böyük hissəsi Ukraynada istehsal olunduğu üçün texnikanı yeniləməkdə çətinlik çəkib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın beynəlxalq sanksiyalara görə bu ehtiyat hissələrini başqa ölkələrdən ala bilmədiyi və bu vəziyyətin müharibədə ağır zərbələr alan Rusiya ordusunu daha da küncə sıxışdırıb.

Rusiyanın Ukraynadakı müharibədə 142 döyüş təyyarəsi, 131 helikopter və 625 tank itirdiyi təxmin edilir.

Bir çox döyüş təyyarələri, tanklar və hərbi texnikada nasazlıq yarananda Rusiya öz texnikasını təmir edə bilmədiyi üçün yararsız hala düşüb.

Hərbi ekspertlər bu texnikanı tezliklə ala bilməyəcəyi üçün belə bir halın Rusiyanın hərbi əməliyyatları davam etdirmək imkanlarını təhlükə altına qoyduğunu bildirib.

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə