Avropa İttifaqı (Aİ) və Çin iki ildən sonra videokonfrans vasitəsilə təşkil edilən sammitdə masa arxasına oturublar. SİA xarici mətbuata istinadən xəbər verir ki, görüş Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl planlaşdırılsa da, istər-istəməz bu məsələ sammitin diqqət mərkəzində olub.
Aİ Çinin Ukraynaya müdaxiləsində Rusiyaya dəstək verən mövqeyindən narahatdır. Aİ-nin iqtisadi əlaqələri riskə atacaq yanaşmalardan uzaq durmaq təklifinə əməl edən Çin mövqeyində hər hansı dəyişiklik edəcəyinə işarə etməyib.
Sammit iki mərhələdə keçirilib. Avropa Şurasının sədri Çarlz Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen əvvəlcə Çinin Baş naziri Li Keçianq, daha sonra isə Çin lideri Si Cinpinlə görüşüblər. Aİ Çindən müharibəni sona çatdırmaq üçün nüfuzundan və diplomatiyasından istifadə etməyi xahiş edib. Çin isə həm isti, həm də soyuq müharibələrə qarşı olduğu mesajını verərək maneçilik törədib və tərəf tutub. Problemlərin sanksiyalarla həllinə qarşı olduğu da Çinin mesajları arasında idi.
Tərəflər enerji və ərzaq təhlükəsizliyi üzrə dialoqun davam etdirilməsi, sülhün, sabitliyin və rifahın qorunması üçün birgə işləmək barədə razılığa gəliblər.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB